İran parlamenti ABŞ-ın son sanksiyalarına cavab verib.
Axar.az xəbər verir ki, parlamentin spikeri Əli Laricani çıxış edərək, qarşı tərəfin bu addımını pisləyib.
“Bu gün təsdiqlənmiş qanun layihəsi ABŞ-ın bölgədə terrorçu və macərapərəst hərəkətlərinə qarşı yönəlib. Amerikalılar bilsin ki, bu, bizim ilk addımımızdır”, - deyə spiker bildirib.