“Yeni tədris ilinin başlamasına az vaxt qalsa da, valideynlər hələki məktəbli formalarını almaq üçün bizə müraciət etmirlər”
Bunun AzVision.az-a açıqlamasında Bakı Tikiş Evinin (BTE) satış şöbəsinin rəisi Etibar Əzimov deyib.
“Valideynlər və şagirdlər istirahətdə olduğu üçün məktəbli formalarının alınmasında hələ sıxlıq müşahidə edilmir. Hər kəs işini axırıncı günə saxlayır. Sentyabrda dərslərin başlamasında 5-10 gün qalmış hamının yadına məktəbli forması almaq düşəcək və sıxlıq müşahidə ediləcək. Bizim mağazalarımız hər gün, şənbə-bazar günləri də fasiləsiz işləyir”.
E.Əzimov qeyd edib ki, bu il məktəbli formalarının model və qiymətlərində hər hansı dəyişiklik olmayacaq: “Mağazalarımızda lazımi qədər məktəbli forması var”