Fəzail Ağamalının səhhəti normaldır - AÇIQLAMA

17-08-2017, 21:22           
Fəzail Ağamalının səhhəti normaldır - AÇIQLAMA
Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalının parlamentin yaz sessiyasının bir neçə iclasında iştirak etməməsi diqqət çəkib.

Onun səhhətinin pisləşməsinə dair bir neçə aydır ki, mətbuat səhifələrində məlumatlar yer alır. Hətta xarici ölkələrin birində müalicə aldığı deyilir.

Deputatın yaxın yoldaşlarından biri olan Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Modern.az-a açıqlamasında deyib ki, Fəzail Ağamalının səhəti hazırda normaldır.

“Onun səhəti ilə bağlı yayılan xəbərlər hazırda həqiqəti əks etdirmir. Fəzail Ağamalı ilə əlaqələrimiz var. Onunla görüşmüşəm. Hər bir şəxs xəstələnə bilər. Fəzail müəllim də müəyyən bir müalicə aldı və hazırda səhhəti normaldır”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru