Paytaxda KQB-nin gizli tuneli tapıldı - Foto

20-08-2017, 19:15           

Latviyanın paytaxtı Riqa şəhərində Stabu küçəsində fəhlələr tunel aşkarlayıblar.

Virtualaz.org xəbər verir ki, bu barədə Riqanın meri Nil Uşakov deyib. Onun sözlərinə görə, tunel 1991-ci ilə qədər SSRİ-nin Dövlət Təhlükəsizlik Komitəsinin Latviya idarəsinin yerləşdiyi binaya aparır.

Qeyd olunur ki, tunel dar və qurudur. Onun içərisində elektrik işıqlandırma nəzərdə tutulub.

Abidələrin qorunması müfəttişliyinin əməkdaşı Yanis Asaris hesab edir ki, bu tunel ekstremal hallarda KQB-nin binasını tərk etmək üçün nəzərdə tutulubmuş.

Riqa meri tuneli beton tökərək ləğv etmək göstərişi verib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru