Syerra-Leonedə torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 500 nəfərə çatıb

21-08-2017, 08:24           
Syerra-Leonedə torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 500 nəfərə çatıb
Syerra Leonenin paytaxtı Fritaun şəhərində daşqın və torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 500 nəfərə çatıb.

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, ötən gün daha 30 nəfərin meyiti dağıntıların altından çıxarılıb.

“ActionAid” humanitar təşkilatının direktoru Riçard Millerin sözlərinə görə, 1 500-dək insan itkin düşmüş hesab olunur. İçməli suya da ciddi ehtiyac olduğu bildirilir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.