İŞİD-in liderlərindən biri yaxalandı

22-08-2017, 09:36           
İŞİD-in liderlərindən biri yaxalandı
Livan hərbi kəşfiyyatının keçirdiyi əməliyyat nəticəsində İŞİD terror qruplaşmasının liderlərindən biri Basel Abdel Kader həbs edilib.
Moderator.az-ın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə hərbi mənbələrdən məlumat verilib.
“Hərbi kəşfiyyat İŞİD-in təhlükəsizlik üzrə başçısı, “Saker Ersal” ləqəbli terrorçu Basel Abdel Kaderi həbs edib”, mənbə bildirib. Onun sözlərinə görə, adıçəkilən şəxs 2014-cü ildə Livanın hərbi bazasına hücumun təşkilatçısı olub. 2014-cü ildə İŞİD silahlıları Suriya-Livan sərhədində Livan ordusunun mövqelərinə hücum edərək 9 hərbçini əsir götürüb. Onların taleyi indiyədək naməlum qalır.
Qeyd edək ki, avqustun 19-da Livan ordusunun komandanlığı Suriya ilə sərhəddə İŞİD-ə qarşı hərbi əməliyyata başladığını bəyan edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru