Daha bir avtobus qəzası - Yaralananlar var

22-08-2017, 10:01           
Daha bir avtobus qəzası - Yaralananlar var
Bakıda sərnişin avtobusu qəzaya uğrayıb.
"Report"un xəbərinə görə, hadisə Xətai rayonunda qeydə alınıb.
Belə ki, "Daewoo" markalı sərnişin avtobusunun sürücüsü hərəkətdə olarkən nəqliyyat vasitəsinə idarəetməni itirib. Nəticədə avtobus "Shacman" markalı yük avtomobilinin arxa hissəsinə çırpılıb. Hadisə zamanı sürücü, 1991-ci il təvəllüdlü Mirzəliyev Rafiq Ağabala oğlu ağır xəsarət alıb.
Yaralı xəstəxanaya yerləşdirilib.
Əraziyə Yol Patrul Xidmətinin əməkdaşları cəlb edilib. Məlum olub ki, avtobusun sürücüsü ötmə əməliyyatını düzgün yerinə yetirməyib. Hadisə zamanı avtobusda sərnişin olmayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru