Bakıda avtomobillərin toqquşması zamanı iki piyada xəsarət alıb

23-08-2017, 09:06           
Bakıda avtomobillərin toqquşması zamanı iki piyada xəsarət alıb
Sabunçu rayonunda iki avtomobilin toqquşması zamanı piyadalar xəsarət alıb.
"Report"un xəbərinə görə, hadisə Sabunçu rayonunda baş verib.
Belə ki, Bakıxanov qəsəbəsində iki minik avtomobili toqquşub. Hadisə zamanı yol kənarı ilə hərəkət edən 1963-cü il təvəllüdlü Nəbiyeva Mehriban Talıb qızı və onun oğlu 2005-ci il təvəllüdlü Nəbiyev Coşqun Daşqın oğluna toqquşan avtomobillərin metal hissələri çıpılıb. Nəticədə hər iki şəxs müxtəlif bədən xəsarətləri alıb.
Xəsarət alanlara xəstəxanada ilkin tibbi yardım göstərilib.
Fakt araşdırılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru