Sumqayıtda oğul atasını bıçaqladı

23-08-2017, 10:04           
Sumqayıtda oğul atasını bıçaqladı
teref.az Report-a istinadən xəbər verir ki, hadisə şəhərin 6-cı mikrorayon ərazisində yerləşən şadlıq evində qeydə alınıb.

Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, "Romans" şadlıq evində şənlik zamanı 1961-ci il təvəllüdlü Əlmərdanov Cabir Telman oğlu övladı tərəfindən bıçaqlanıb. O, Bakıdakı xəstəxanalardan birinə yerləşdirilib. Həkimlər C. Əlmərdanovun vəziyyətini orta ağır kimi qiymətləndirir.

Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsində araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru