Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Yasamal rayonunda fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub. FHN-dən teref.az -ya bildirilib ki, Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası dərhal hadisə yerinə cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıb. Yanğının söndürülməsi işləri davam etdirilir. Əlavə məlumat veriləcək.