21 yaşlı qadın həyat yoldaşı tərəfindən bıçaqlanıb - MİNGƏÇEVİRDƏ
24-08-2017, 01:45
Mingəçevir şəhərində 21 yaşlı qadın həyat yoldaşı tərəfindən bıçaqlanıb.
Hadisə şəhərin Heydər Əliyev prospekti, 82/24 ünvanında yerləşən yataqxanada qeydə alınıb. Belə ki, 1996-cı il təvəllüdlü Günel Rəhman qızı İsmayılova ailə münaqişəsi zəminində həyat yoldaşı tərəfindən döyülərək bıçaqlanıb. Yaralı Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma aparılır.