Bakı və Abşeron rayonunda yanğın olub

24-08-2017, 09:39           
Bakı və Abşeron rayonunda yanğın olub
Bakı və Abşeron rayonunda yanğın hadisəsi qeydə alınıb.


APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Abşeron rayonunda ümumi sahəsi 300 m² olan ikimərtəbəli evin 1-ci mərtəbəsində mətbəxin yanar konstruksiyaları və içərisindəki əşyalar 30 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Bakı şəhəri, Binəqədi rayonunda isə ümumi sahəsi 320 m² olan ikimərtəbəli müxtəlif təyinatlı ictimai-iaşə obyektinin 2-ci mərtəbəsində yeləşən çay evinin döşəməsi 8 m² sahədə və 2 ədəd soyuducu yanıb. Çay evin qalan hissəsi və binanın 1-ci mərtəbəsi yanğından mühafizə olunub.

Hər iki halda yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru