İŞİD Brüsseldəki terror aktına görə məsuliyyəti üzərinə götürüb

27-08-2017, 09:18           
İŞİD Brüsseldəki terror aktına görə məsuliyyəti üzərinə götürüb
İŞİD qruplaşması Brüsselin mərkəzində terror aktına – naməlum şəxsin əlindəki dəhrə ilə hərbi patrula hücumuna görə məsuliyyəti üzərinə götürüb.
"Report"un məlumatına görə, bu barədə "Reuters" xəbər verir.
Xəbər İŞİD döyüşçülərinin fəaliyyətinin monitorinqini aparan "SITE Intelligence Group" təşkilatı tərəfindən də təsdiqlənib.
"Reuters" və "SITE" İŞİD-lə əməkdaşlıq edən "Amaq" agentliyinə istinadən terror qruplaşmasının Brüsseldəki hadisəni təşkil etdiyini xəbər veriblər.
Xatırladaq ki, avqustun 25-də, axşam "Allahu əkbər" – deyə qışqıran şəxs dəhrə ilə Brüsselin mərkəzində hərbi patrula hücum edib. Hadisə zamanı 2 nəfər xəsarət alıb.
Hücum etmiş şəxs hərbçilərin odlu silahdan açdığı atəş nəticəsində öldürülüb. Belçika hakimiyyəti hadisəni terror aktı kimi qiymətləndirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru