Bakıda relslərin üzərində oynayan uşağı qatar vurub
28-08-2017, 08:29
Bakının Nərimanov rayonu ərazisində uşağı elektrovoz vurub. "Report" xəbər verir ki, hadisə 2011-ci il təvəllüdlü Qasımov Yusif Nazim oğlu Keşlə qəsəbəsindən keçən dəmiryol relslərinin üzərində oynayarkən baş verib. Nəticədə uşaq ağır xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib. Həkimlər onun vəziyyətini ağır kimi qiymətləndirirlər. Fakt hüquq-mühafizə orqanı əməkdaşları tərəfindən araşdırılır.