Selfi çəkən 21 yaşlı qız 15-ci mərtəbədən “Lexus”un üstünə düşdü

7-09-2017, 21:57           
Selfi çəkən 21 yaşlı qız 15-ci mərtəbədən “Lexus”un üstünə düşdü

Rusiyanın İrkutsk şəhərində 21 yaşlı qız 15-ci mərtəbədən küçədə dayanmış “Lexus” markalı avtomobilin üstünə düşərək ağır xəsarət alıb.

Virtualaz.org “Vesti.İrkutsk” telekanalına istinadən xəbər verir ki, hadisənin təsadüfi şahidləri baş verənləri telefonun kamerasına qeyd ediblər.

Məlum olub ki, qız 15-ci mərtəbədəki mənzilin eyvanında məhəccərin üstünə çıxaraq şelfi çəkmək istəyib. Bir mərtəbə aşağıda yaşayan gənc qızdan belə risk etməməyi xahiş etsə də, o, buna məhəl qoymayıb və bir neçə dəqiqədən sonra müvazinətini itirərək aşağı düşüb.

Avtomobilin üzərinə düşməsi qızın həyatını xilas edib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru