Moldova ordusu Prezident İqor Dodonun qadağasına baxmayaraq, Ukraynada keçiriləcək “NATO Rapid Trident-2017” hərbi təlimlərində iştirak edəcək. Axar.az xəbər verir ki, 57 hərbçi 23 sentyabra kimi davam edəcək təlimlərə qatılacaq.
Təlimlərdə məqsəd ölkələarası hərbi əlaqələri gücləndirmək və Moldova ordusunun beynəlxalq arenadakı etibarını artırmaqdır.