Bakıdan İstanbula uçan təyyarə eniş edə bilmədi

10-09-2017, 19:11           
Bakıdan İstanbula uçan təyyarə eniş edə bilmədi
Türkiyə Hava Yollarının 673 nömrəli Mombasa-İstanbul reysinin uçuşu zamanı gözlənilməz hadisə baş verib.

teref.az baku.ws-ə istinadən xəbər verir ki, Atatürk Hava Limanına enən təyyarə havada qəzaya uğrayıb.

Boeing 737-900 təyyarəsinin qadın pilotu qülləyə xəbərdarlıq edib ki, qağayı təyyarəyə çırpılıb. THY pilotu qülləyə bildirib ki, quşun ölüsü eniş zolağında ola bilər.

Bu xəbərdarlıqdan sonra Bakı-İstanbul, Riyad-İstanbul və Kopenhagen-İstanbul reysləri həyata keçirən təyyarələr eniş edə bilməyib.

Hadisə yerli vaxtla saat 10:30-da baş verib. Hadisədən sonra vəziyyəti müəyyənləşdirən qüllə təyyarələrə enişə icazə verib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru