Bu gün Bakı şəhərinin Nərimanov rayonu ərazisində yanğın baş verib
Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, Əhməd Rəcəbli küçəsi 28 ünvanındakı binada yanğın başlayıb. Yanğınsöndürənlər alovun miqyasının artmasının qarşısını alıb və yanğın söndürülüb.
Nərimanov rayon Dövlət Yanğından Mühafizə Hissəsindən bildirilib ki, binanın qarşısında toplanmış tullantılar və quru ot yanıb.