Apellyasiya Məhkəməsinin sədri dünyasını dəyişdi

1-08-2015, 11:57           

Azərbaycanda məhkəmə sədri vəfat edib. Report-un xəbərinə görə, Gəncə Apellyasiya Məhkəməsinin sədri Rafiq Məmmədov 70 yaşında dünyasını dəyişib. Qeyd edək ki, R.Məmmədov 1945-ci ildə anadan olub. 1975-ci ildə Kuban Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. 1969-1975-ci illərdə Jdanov (indiki Beyləqan) Rayon Məhkəməsində məhkəmə iclas katibi, 1974-1975-ci illərdə Azərbaycan SSR Ali Məhkəməsində iclas katibi, 1975-1982-ci illərdə Azərbaycan SSR Ali Məhkəməsinin Qəbul şöbəsində məsləhətçi, 1982-1984-cü illərdə Ali Məhkəmənin Nəzarət şöbəsində baş məsləhətçi, 1984-1990-cı illərdə Ali Məhkəmənin Ümumiləşdirmə şöbəsinin rəisi, 1990-2000-ci illərdə Bakı Şəhər Məhkəməsinin üzvü, 2000-2007-ci illərdə Ali Məhkəmənin hakimi olub. 2005-ci ildən Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının üzvü idi. 2007-ci ildən dünyasını dəyişənədək Gəncə Apellyasiya Məhkəməsinin sədri olub. Qeyd edək ki, R.Məmmədov xərçəng xəstəliyindən əziyyət çəkirdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru