“Yeni Azərbaycan Partiyasını qurultayımıza dəvət etməkdə düz etmişik” - Mirmahmud Mirəlioğlu

1-08-2015, 19:51           
“Yeni Azərbaycan Partiyasını qurultayımıza dəvət etməkdə düz etmişik” - Mirmahmud Mirəlioğlu
“Bəzi qurultay nümayəndələri Yeni Azərbaycan Partiyasını tədbirimizə dəvət etdiyimiz üçün bura gəlməyiblər”.

APA-nın məlumatına görə, bunu Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu partiyanın bu gün keçirilən qurultayında deyib.

O, hakim partiyanı qurultaya dəvət etməkdə onu ittiham edənlərə cavab verib: “Bəzi dostlarımız, qurultay nümayəndələrimiz bizdən küsüb ki, nəyə görə qurultaya Yeni Azərbaycan Partiyasını, Azərbaycan prezidentinin köməkçisi Əli Həsənovu dəvət etmişik? Buna görə də qurultaya gəlməyiblər. Bunu bizim üzümüzə deməyə cəsarətləri çatmayıb, söz göndəriblər. Mən burdan onlara səslənib deyirəm ki, yaxşı etmişik. Bizim məqsədimiz Azərbaycanı birləşdirməkdir, ölkənin mənafeyini qorumaqdır. Siz isə öz niyyətinizi bir daha nümayiş etdirdiniz”.


Qeyd edək ki, YAP-dan qurultaya heç kim qatılmayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru