Kürdəmirin polis mayoru yol qəzasında həlak oldu

6-08-2015, 11:34           
Kürdəmirin polis mayoru yol qəzasında həlak oldu
Azərbaycanda polis mayoru avtomobil qəzasında ölüb.

“Report”un xəbərinə görə, Kürdəmir Rayon Polis Şöbəsi (RPŞ) Cinayət-axtarış bölməsinin rəisi, polis mayoru, 53 yaşlı Qafar Abbasov Ağsu rayonunda özünə məxsus avtomobillə qəzaya düşüb. Yaralı xəstəxanaya yerləşdirilib. Lakin həkimlər onun həyatını xilas edə bilməyib.
Faktla bağlı araşdırma aparılır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.