Azərbaycan neftinin qiyməti yenə düşdü –1,38 dollar/barel

2-03-2018, 01:00           

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti fevralın 28-də 66,61 dollar/barel təşkil edib ki, bu da çərşənbə axşamına olan göstəricidən 1,38 dollar/barel azdır.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti fevralın 28-də 65,96 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,37 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti fevralın 28-də 61,9 dollar/barel təşkil edib ki, bu da Trend-ə görə, əvvəlki qiymətdən 1,4 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə fevralın 28-də 65,73 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 1,45 dollar/barel azdır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.