Lənkəran rayonunun “Mikrorayon” adlanan ərazisində kütləvi dava olub. APA-nın cənub bürosunun məlumatına görə, dava zamanı Digah kənd sakini 1981-ci il təvəllüdlü Raqib Eldar oğlu Ramazanov beşbarmaqla döyülüb. Yaralı kürək nahiyəsindən aldığı xəsarətlərlə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq travmatologiya şöbəsinə yerləşdirilib.
R.Ramazanovun dediyinə görə, onu tanıdığı şəxslər döyüb.