Sankt-Peterburqda atışma baş verib: 1 ölü, 1 yaralı
2-03-2018, 08:52
Rusiyanın Sankt-Peterburq şəhərinin şimalında atışma baş verib.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, atışma nəticəsində 1 nəfər həlak olub, 1 nəfər isə yaralanıb. Yaralanan insan xəstəxanaya yerləşdirilib.
Məlumata əsasən, insidentin səbəbləri araşdırılır, saxlanılan yoxdur.