Narkoloji Mərkəzdəki yanğınla əlaqədar “morq”a 24 nəfərin meyiti gətirilib

2-03-2018, 12:19           
Narkoloji Mərkəzdəki yanğınla əlaqədar “morq”a 24 nəfərin meyiti gətirilib
Baş Prokurorluğun yüksək vəzifəli şəxsləri Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə (“morq”) baş çəkiblər.

“Report”un hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, “morq” gətirilən meyitlər tanınmaz halda olduğundan, hələlik ölənlərin şəxsiyyətini müəyyənləşdirmək mümkün deyil.

“Morq”un qarşısında polis postu qurulub, əraziyə giriş-çıxış məhdudlaşdırılıb.

*** 10:43

Bakı. 2 mart. REPORT.AZ/ Respublika Narkoloji Mərkəzində baş vermiş yanğınla əlaqədar Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə (“morq”) 24 nəfərin meyiti gətirilib.

Bu barədə “Report”a Anatomiya Birliyindəki mənbə məlumat verib.

Qeyd edək ki, bu gün Bakı şəhərinin Xətai rayonunda Respublika Narkoloji Mərkəzinin binasında yanğın hadisəsi baş verib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru