Ekvadorda şəhərlərarası avtobusun aşması nəticəsində 12 nəfər ölüb.
Trend-in RIA Novosti-yə istinadən verdiyi məlumata əsasən, hadisə Manabi vilayətində baş verib. Qeyd olunur ki, daha 18 nəfər yaralanıb. Digər mənbənin məlumatına görə, yaralananların sayı 25-dir.
Qeyd olunur ki, qəzanın baş verdiyi ərazi "ölüm döngəsi" adlanır.