Lənkəranda dəhşətli qəza: 4 ölü - Yeniləndi

31-03-2018, 20:37           

Lənkəranda ölümlə nəticələnən yol qəzası olub.

APA-nın məlumatına görə, hadisə rayonun Gərmətük kəndi ərazisində qeydə alınıb. Yük maşını ilə minik avtomobilinin toqquşması nəticəsində ölənlər və xəsarət alanların olduğu bildirilir. Hazırda onların kimliyi araşdırılır.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub.

***

Lənkəran rayonunun Gərmətük kəndi ərazisində "KaMAZ" markalı yük maşını ilə "Mitsubişi" markalı minik avtomobilinin toqquşması nəticəsində 4 nəfər ölüb, bir nəfər xəsarət alıb.

Ölənlər minik maşında olan şəxslərdir.

Xəsarət alan şəxs Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hazırda meyitlərin maşından çıxarılması üçün xilasedicilər tərəfindən tədbirlər görülür.

Ölənlərdən üçünün qadın olduğu bildirilir. Məlumata gpörə, xəsarət alan azyaşlıdır.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru