Tunisdən qəribə Suriya addımı — Diplomatik əlaqələr bərpa olunur

4-04-2015, 16:39           
Tunisdən qəribə Suriya addımı — Diplomatik əlaqələr bərpa olunur Tunis hökuməti üç il əvvəl Suriyada bağlatdığı nümayəndəliyini yenidən açaraq müvəqqəti işlər vəkili və konsul təyin etməyi planlaşdırır.

Avropa.info xəbər verir ki, Tunis diplomatik əlaqələri yenidən qurmaq məqsədilə Suriya hökumətini də Tunisdəki səfirliyini yenidən aktivləşdirməyə çağırıb.

Tunisin xarici işlər nazirliyindən verilən açıqlamada hələ ki, Suriyaya səfir təyin edilməyəcəyi bildirilir.

Xatırladaq ki, Tunis hökuməti üç il əvvəl Suriyadakı səfirliyi bağlayaraq diplomatlarını geri çağırmışdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru