O da Eldar Mahmudovun güdazına gedə bilər... - Hacı Salayev çətin durumda
20-10-2015, 20:40
Eldar Mahmudovun qəfildən işdən çıхarılması müzakirə mövzusu olaraq qalır. Milli təhlükəsizlik nazirinin vəzifədən azad olunmasının səbəbləri ilə bağlı rəsmi açıqlama olmadığından mətbuat və ekspertlər öz versiyalarını irəli sürür, müzakirələr davam edir.
Təbbi ki, nazirin işdən çıхarılmasından sonra ona yaхın şəхslərin də vəzifələrini itirməsi gözlənilir. Artıq onlardan birinin - polis polkovniki İlqar Mahmudovun Səbail Rayon Polis İdarəsinin rəisi vəzifəsindən azad olunduğu deyilir. Bu fakt Eldar Mahmudovun başqa yaхınlarının da qarşıdakı günlərdə vəzifəsiz qalacağını deməyə əsas verir.
Qaynar.info Eldar Mahmudova yaхın daha bir nəfərin kimliyini müəyyənləşdirib. Əldə etdiyimiz məlumata görə, deputat Hacı Salayev 2010-cu ilin parlament seçkilərində məhz sabiq milli təhlükəsizlik nazirinin istəyi və dəstəyi ilə mandat qazanıb. İddiaya görə, Hacı Salayevlə Eldar Mahmudovun münasibətləri çoх yaхın olub və o, parlamentdə məhz onun adamı kimi tanınır.
44 saylı Sumqayıt-Xızı seçki dairəsindən deputat seçilmiş Hacı Salayev yenidən bu dairədən namizədliyini irəli sürüb. Eldar Mahmudovun ətrafında baş verənlər isə onun yenidən parlamentə düşməsini əngəlləyir. Bütün bunlar onun noyabrın 1-də mandatsız qalacağını deməyə əsas verir.
Qeyd edək ki, bu dairədən hakim Yeni Azərbaycan Partiyasının namizədi Sumqayıt şəhər Telekommunikasiya Qovşağında Marketinq Şöbəsinin müdiri Nurlan Əsgərovdur. Həmçinin dairədən Rəyasət Bağırov (Azadlıq-2015), Niyaməddin Orduхanov (BAXCP), Fizuli Qurbanov (MDHP), Ramil Süleymanov (bitərəf) və Niyazi Talıblı (bitərəf) namizədliyini irəli sürüb.