“Aytən Mustafayeva seçkidən uzaqlaşdırılmalıdır”
22-10-2015, 00:04
AMEA-nın İnsan hüquqları institutunu ŞİRNİYYAT ŞİRKƏTİnə çevirən, bununla dövlət büdcəsindən elmin inkişafına ayrılan vəsaitdən sui-istifadə edən, “AR MM-nin deputatının statusu haqqında” qanunu pozan, nəticədə 16 saylı Yasamal II Seçki Dairəsindən qeydə alınmış namizəd olaraq maliyyə hesabatı şübhəli olan Aytən İnqlab qızı Mustafayevanın namizədliyinin ləğv olunması üçün MSK sədri Məzahir Pənahova rəsmi məktub ünvanlanıb.
Məktubun mətnini həmin dairədən deputatlğa namizəd olan jurnalist Taleh Şahsuvarlı öz facebok səhifəsində yayıb. Həmin mətni olduğu kimi veririk.
“Hörmətli Məzahir müəllim!
Bakı şəhərində 26 mağazaya sahib olan “Azad Şirniyyat” İstehsalat Birliyi Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşən Azərbaycan Milli Elmlər Akademiyasının İnsan hüquqları institutunda fəaliyyət göstərir. Həmin institutun direktoru Azərbaycan Respublikası Milli Məclisinin üzvü, 16 saylı Yasamal İkinci Seçki Dairəsindən deputatlığa qeydə alınmış namizəd Aytən İnqlab qızı Mustafayevadır.
Dövlət tərəfindən ayrılan vəsait hesabına saxlanılan binadan, alınan inventarlardan, büdcədən ayrılan maliyyə əsasında haqqı ödənilən kommunal və kommunikasiya xidmətlərindən Aytən Mustafayeva tərəfindən biznes məqsədi ilə istifadə edilməsi Azərbaycan Respublikasının qanunlarına, o cümlədən “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” qanuna zidddir.
Elmin inkişafına ayrılan dövlət vəsaitinin Aytən Mustafayeva tərəfindən hüquqi baxımdan şəxsən ona məxsus olub-olmamasından asılı olmayaraq bir biznes qurumunun- “Azad Şirniyyat” İstehsalat Birliyinin maraqlarına yönəldilməsi onun “Seçki Məcəlləsi”nin tələblərinə uyğun şəkildə,16 saylı Yasamal İkinci Seçki Dairəsinə qeydə alınmış namizəd olaraq verdiyi maliyyə hesabatlarının da düzgünlüyünü şübhə altına alır.
Konkret olaraq, Aytən Mustafayeva (dəqiqləşdirmə üçün baxılmalıdır:http://science.gov.az/institutes/764) AMEA-nın insan hüquqları institutunun AZ1073, Azərbaycan, Bakı şəhəri, H.Cavid pr., 115 ünvanından, (+994 12) 5372079 nömrəli faksından, (99 412) 537 20 80; 537 20 73 şəhərlərarası telefon xəttlərindən, o cümlədən www.ihr-az.org saytından, həmin saytda yaradımış e-mail ünvanından Azad Şirniyyat İstehsalat Birliyinin biznes maraqlarına uyğun istifadə edir. Bununla, həm deputat, həm institut direktoru, həm də 16 saylı Yasamal İkinci Seçki Dairəsindən qeydə alınmış namizəd olaraq qanunları pozur, dövlət vəsaitinin mənimsənilməsinə şərait yaradır, bu qnunsuz prosesdə birbaşa işltirak edir.
Aytən Mustafayevanın qanunlara aşkar hörmətsizlik kimi dəyərləndirdiyimiz bu fəaliyyəti Azad Şirniyyat İstehsalat Birliyinin rəsmi saytında (dəqiqləşdirmə üçün baxılmalıdır: www. azadsirniyyat.az/contact) öz əksini tapıb.
Bütün bunları nəzərə alaraq, Aytən Mustafayevanın 16 saylı Yasamal İkinci Seçki Dairəsində qeydə alınmış namizədliyinin ləğv edilməsi üçün AMEA-nın İnsan hüquqları instituna ayrılan vəsaitin Azad Şirniyyat İstehsalat Birliyinin biznes maraqlarına sərf olunmasının, bu cür qanunsuz fəaliyyətin DSK-ya təqdim olunan maliyyə hesabatında necə əks edilməsinin MSK tərəfindən araşdırılmasını xahiş edirəm.
Əlavə olunur: Həmin saytlardakı məlumatların fotoları. 2 səhifə.
Fotoların götürüldüyü e-ünvanlar:
www. science.gov.az/institutes/764
www. azadsirniyyat.az/contact”