Kürdəmirdə ara qarışdı: İCRA BAŞÇISI YOX, MÜAVİNİ ƏL-AYAĞA DÜŞÜB

29-10-2015, 00:50           
Kürdəmirdə ara qarışdı: İCRA BAŞÇISI YOX, MÜAVİNİ ƏL-AYAĞA DÜŞÜB
Tacəddin Novruzov sahibkarların prezidentə etdiyi şikayətdən qorxu içindədir, abadlıq işləri üçün alınan pulların hesabı soruşulacaq

Kürdəmirdə ara qarışıb. JAM.AZ-a verilən məlumata görə, buna səbəb yerli sahibkarların prezident İlham Əliyevə başlarına gətirilənlərlə bağlı şikayət məktubu ünvanlamasıdır.

Məlumatda deyilir ki, həmin sahibkarlar rayonda inşa edilmiş Bayraq Meydanı və digər obyektərin tikintisinə görə, onlardan pul alındığını vurğulayıblar. JAM.AZ-a verilən məlumata görə, iş adamları əsasən icra başçısının birinci müavnin Tacəddin Novruzovun adını çəkiblər. Və bildiriblər ki, birinci müavin tikinti işləri üçün onlardan pul tələb edərək, alıb. Onlar Kürdəmirin abadlaşması və yenidənqurulması üçün ayrılmış pulların nəyə xərcləndiyini bilmək və alınmış pullara görə, Tacəddin Novruzovun cəzalandırılmasını istəyirlər.

Məlumatlarda qeyd edilir ki, bu şikayətdən sonra Kürdəmirin icra başçısı Ceyhun Cəfərov deyil, onun birinci müavini qorxuya düşməyə başlayıb. JAM.AZ-a verilən bilgilərdə deyilir ki, Tacəddin Novruzovun belə narahat olması üçün ciddi əsaslar var. Ona görə ki, abadlıq işləri üçün sahibkarlardan pul yığılmasını o təşkil edib. Üstəlik, şikayət məktubunda da onun adı keçir. Həmçinin o da vurğulanır ki, Tacəddin Novruzov sahibkarlardan aldığı pulların bir qisminin özünə götürdüyü iddiası var. Yəni, həmin pulları şəxsi mənfətləri üçün aldığı deyilir.

Son məlumata görə, icra başçısının birinci müavini hazırda əl-ayağa düşərək, yerli sahibkarlarla görüşməyə başlayıb. Deyilənlərə görə, Novruzov az qala onlara yalvaracaq həddə şikayətlərindən imtina etməsini xahiş edir.

O da qeyd olunur ki, Hesablama Palatası yaxın günlərdə Kürdəmirdə yoxlamalara başlayacaq. Güman edilir ki, bu yoxlama heç də səbəbsiz deyil və prosesin yekununda həm icra başçısı, həm də birinci müavini ciddi problemlə üzləşəcək.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.