Prezident DSX-nin 3 generalını istefaya buraxıb - Sərəncam
27-02-2020, 16:03
Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin bir sıra ali zabitlərinin həqiqi hərbi xidmətdən istefaya buraxılması haqqında sərəncam imzalayıb.
KONKRET.az-ın məlumatına əsasən sərəncamda qeyd edilir ki, aşağıdakı ali zabitlər hərbi geyim formasını daşımaq hüququ verilməklə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən istefaya buraxılsınlar:
general-leytenant Cəbrayılov Asif Mikayıl oğlu general-leytenant Xəlilov Əsgər Sabir oğlu general-leytenant Tağı-zadə Fərhad Sabir oğlu.