Cəlilabad təhsilində 30 minlik yeyinti və "aylıq"lar....
20-12-2015, 12:07
Cəlilabad rayon Təhsil Şöbəsi müdiri Elminaz Nadirova haqda xəbərlər yayılıb.
TEREF.İNFO savash.org-a istinadla xəbər verir ki, E.Nadirova bu təyinata qədər Cəlilabad şəhər Zərifə Əliyeva adına 7 saylı tam orta məktəbin direktoru vəzifəsində çalışıb.
Elminaz Nadirovanın adı isə elə həmin vaxtlardan respublikada məşhurlaşmağa başalayıb. Belə ki, onunla ölkə mediasının "ilk tanışlığı” Cəlilabad fəallarından olan Təzəxan Mirələmlinin oğluyla bağlı olmuşdu.
Belə ki, 5 aprel 2005-ci il tarixində Təzəxan Mirələmlinin oğlunun digər şagirdlə bıcaqlama hadisəsi baş verdi. Bu hadisə zamanı Elminaz xanım Təzəxan Mirələmlinin əleyhinə kompanyanın fəal təşkilatçısı olub.
25 fevral 2015-ci ildə isə Elminaz xanımın rəhbərlik etdiyi məktəbdə növbəti faciə yaşandı: Yeddinci sinif şagirdi özünü məktəbin 3 -cü mərtəbəsindən atıb.
2015-ci ilin mayında isə adıçəkilən məktəbdə Təhsil Nazirliyinin manitorinqi nəticəsində ciddi nöqsanlara yol verildiyindən Elminaz xanıma "şiddətli töhmət " elan edildi. Məhz həmin maliyyə yoxlaması nticəsində məktəbdə küllü miqdarda yeyinti faktı aşkarlanıb.
Məlumatda yeyintinin təqribən 30 min manat civarında olduğu iddia edilir. Amma bütün bunlara baxmayaraq, Elminaz Nadirova Cəlilabad rayon Təhsil Şöbəsinin müdiri vəzifəsinə təyininat almağı bacardı.
Hazırda bütün sələflərinə rəhmət oxutduran RTŞ-nin yeni müdiri haqda ən ciddi ittiham isə onun bir vaxtlar rəhbəri olduğu 7 saylı orta məktəbi əldən verməməsi və orada maliyyə yeyintiləri həyata keçirməsi ilə bağlıdır. Mənbəmiz bununla bağlı aşağıdakıları bildirib:
"Məktəb direktorluğunu da heç kimə verməyən Elminaz xanımın əlində 7 saylı orta məktəbin 80 müəlliminin və texniki işçilərinin maaş kartı var. Həmin işçilər nə qədər maaş aldıqlarını belə bilmirlər. Bundan başqa jurnalları olub özləri olmayan siniflərin gəlirləri də Elminaz xanımın şəxsi büdcəsinə daxil olur”.
Mənbə bildirir ki, təhsil şöbəsinin yeni müdiri məktəbləri yenidən "aylığa otuzdurub”: "Onun göstərişi belədir ki, böyük məktəblər 500 manat, kiçik məktəblər isə 300 manat aylıq verməlidir. Qəzet pulları yenidən dirçəlib və buna görə böyük məktəblər əlavə olaraq 600 manat, kiçik məktəblər isə 400 manat ödəməlidir. Cəlilabad təhsilinin talanması işində isə ona sadiq köməkçiləri Sarxan Həsənov və Ədalət Əsadullayev yardım edir”.
Bildirək ki, Cəlilabad RTŞ-də baş verən digər ilginc və qandonduran işləklərlə bağlı da informasiyalara malikik. Odur ki, mövzuya yenidən qayıdacağıq.