Hikmət Qafarov Masazır qəsəbəsində 250 minlik mülk tikdirib
BTV-nin əməkdaşları maraqlı fotoşəkillər əldə ediblər. TEREF.İNFOsayta istinadən xəbər verir ki, həmin fotolarda Göytəpə DYP Postunun rəisi Hikmət Qafarovun villasının əks olunduğu iddia edilir.
Məlumatda vurğulanır ki, aparılan araşdırmalar zamanı Hikmət Qafarova məxsus olan bahalı əmlak aşkarlanıb. Qeyd olunan fotolardakı villasının isə Masazır qəsəbəsi, Atatürk prospektində yerləşdiyi bildirilir. Sayt iddia edir ki, həmin villanın dəyəri təqribən 200-250 min manat civarındadır.
BTV bildirir ki, bu post rəisinin yeganə mülki kimi tanınmır. Bəzi iddialara görə, Qafarovun bundan başqa daha bir neçə bahalı evinin olduğu deyilir.