Sevindik Hətəmovun başı dərddə...
21-12-2015, 21:58
MTN ətrafında davam edən hadisələr, bir-birinin ardınca aparılan həbslər saxlananların siyahısının artacağı ehtimalını gündəmə gətirib.
Bizimxeber-az-a daxil olan məlumata görə “MTN işi” çərçivsində vəzifəsini itirəcək şəxslər arasında nazir müavinləri və hətta icra başçıları da var. Bunlardan biri də Yardımlının icra başçısı Sevindik Hətəmovdur. Məlumatlara görə, Sevindik Hətəmov yaxın günlərdə “MTN işi” çərçivəsində istintaqa çağırılacaq.
Nəqliyyat naziri Ziya Məmmədovun “adamı” kimi tanınan Sevindik Hətəmovun Eldar Mahmudovla işbirliyinin tarixi elə də uzaq deyil. Belə ki, Ziya Məmmədovun vəzifədən kənarlaşdırılacağı barədə məlumatlar yayıldıqdan, bir sıra sahələr Nəqliyyat Nazirliyindən alınaraq digər qurumlara verildikdən sonra Sevindik Hətəmovun özünə yeni himayədar axtardığı və Eldar Mahmudovla yaxınlaşdığı bildirilir. Ancaq bu işbirliyi çox uzun davam etməyib və Eldar Mahmudov vəzifəsi ilə vidalaşıb. Sevindik Hətəmovun Eldar Mahmudovla yaxınlaşmaq cəhdləri Ziya Məmmədovun da diqqətindən yayınmayıb.
Məlumatlara görə, Sevindik Hətəmovun da “MTN işi” çərçivəsində istintaqa çağırılması və vəzifədən kənarlaşdırılması qisa zamanda mümkün ola bilər. İcra başçısı kreslosuna namizədlərdən biri isə müavin Mahir Mirzəyevdir.
Əslində Mahir Mirzəyevin ən böyük dəstəkçisinin də məhz Sevindik Hətəmov olduğu deyilir. Öz yerinə etibar etdiyi müavinin yerləşdirməklə Sevindik Hətəmov gözlənilən yoxlama və həbsdən yaxasını qurtarmağa çalışır.