MÜŞFİQ RƏHİMOV RAMİZ ZEYNALOVUN TAPŞIRIQLARINA NECƏ ƏMƏL EDİR - SİRRLƏRİN YAYILMASINDA KİMLƏRİN ROLU OLUB?

22-12-2015, 21:54           
MÜŞFİQ RƏHİMOV RAMİZ ZEYNALOVUN TAPŞIRIQLARINA NECƏ ƏMƏL EDİR - SİRRLƏRİN YAYILMASINDA KİMLƏRİN ROLU OLUB?
Hansı nömrələr kimindir, kimlərin alması barədə məlumatlar hara ötürülür?

Dövlət Yol Polisi sistemində ciddi gərginlik yaranıb. Azərbaycanda əhali arasında «zerkalnı nömrə» biznesi ilə bağlı araşdırmalara başlandığı deyilir. Məlumatlara əsasən Baş Dövlət Yol Polisi İdarəsininİmtahan Qeydiyyat şöbəsinin rəisi Müşfiq Rəhimovun işi araşdırılır. İnformasiyalara görə, sahibkarlar, iş adamları, tanınmış məmurlar adətən ailə üzvlərinə, həmçinin də yaxın ətraflarına avtomobil alarkən M.Rəhimova müraciət etməli olublar. Təbii ki, M.Rəhimovu «görən» bu kateqoriyadan olan adamlar müvafiq olaraq dövlət nömrə nişanları ilə bağlı olaraq informasiyalarını da ona veriblər.

TEREF.İNFO gündeminfo.az-a istinadən yazır ki,Bakıda şəxsi mülkiyyətdə olan bahalı dövlət nömrə nişanı olan avtomobillərlə bağlı olaraq böyük məbləğdə ödəniş edən şəxslər baradə bu günə qədər mətbuata sızdırılmış şəxslər haqqında informasiyalar ən yüksək dairələrdə müazkirə edilir. Bu baxımdan da dövlət nömrə nişanlarının kimlərə satılması, xüsusi fərqli dövlət nömrə nişanlarının kimlərə verilməsi ilə bağlı xəbərlərin mediayaya sızdırılması məsələsi araşdırılır. Və əlbəttə ki, bu məsələdə Müşfiq Rəhimovun da məsələsi diqqəti çəkəndir.
teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.