Ağdamın icra başçısının oğluna “Toyota Prado”nı niyə bağışlayıblar?
22-12-2015, 22:38
“MTN işi” ilə bağlı həbslə olan “Ağdaml Dəmir” Ağdam İcra Hakimiyyətinin başçısı Raqub Məmmədovun oğluna 8 ay öncə qiyməti 60 min manatdan artıq olan “Toyota Prado” markalı maşın bağışlayıb
Ağdam rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədovla bağlı Azeriningo.org-a ilginc məlumat daxil olub.
Həmin məlumata görə Raqub Məmmədova sabiq MTN nazirir Eldar Mahmudovun yaxın adamı kimi bilinən, iş adamı, maşın bazarında MTN-nin inhisarını həyata keçirən “Ağdamlı Dəmir” kimi tanınan və həbs olunan Dəmir Abdullayev 8 ay öncə icra başçısına son model “Toyota Prado” avtomobili hədiyyə edib.
Mənbəmiz bildirir ki, “Ağdamlı Dəmir” 8 ay öncə Raqub Məmmədova müraciət edərək yeni təsərrüfat yaratmaq üçün torpaq sahəsi istəyib. İcra başçısı isə MTN nazirinin ən yaxına adamının sözünü geri çevirməyərək iş adamına dövlət fondundan 150 hekatar torpaq sahəsinin verilməsi ilə bağlı sərəncam verib. Raqub Məmmədovun bu əliaçıqlığına qarşılıq isə Dəmir Abdullayev icra başçısının oğluna qeyd olunan “Toyota Prado” avtomobili hədiyyə edib.
Qeyd edək ki, hazırda həmin torpaq sahəsində heyvandarlıq təəsrrüfatı yaradılıb və həmin fermanı Dəmir Abdullayevin bacısı oğlu, Ağdam rayon Yol Polis İdarəsinin rəisi (DYP) Vasif Məmmədovun yaxınları nəzarət edir. Mənbəmiz onuda qeyd etdi ki, rayon DYP rəisi Vasif Məmmədovun rəis olmasında dayısı Dəmir Abdullayevin böyük xidməti olub. Hətta Vasif Məmmədov DYP rəisi təyin edilməsi münasibəti ilə yaxın dostlarına verdiyi ziyafətdə vəzifəyə keçməsində dayısı Dəmir Abdullayevin rolunun olduğunu və rəis olmaq üçün dayısının bəzi dairələrə “yaxşı hörmət etdiyini” deyib.
Mənbə bildirir ki, Raqub Məmmədov Dəmir Abdullayev həbs olunmamışdan öncə onunla ayda bir dəfədə olsa görüşürdü. Adətən Raqub Məmmədov Bakı şəhərinə gəldiyi zaman iş adamı ilə görüşərək ondan bəzi dəstəklər alırdı. Belə ki, Dəmir Abdullayev vasitəsi ilə sabiq nazir Eldar Mahmudova yaxınlaşmaq və onların dəstəyini almaq üçün Raqub Məmmədov bu gedişi edirdi. Ona görədə Dəmir Abdullayevin Ağdam rayonuna bir neçə dəfə səfəri icra başçısı təərfiondəna z qalan toy-bayram səviyəsində təşkil edilib. Görünür iki basil oyun oynamağı hər zaman sevən Raqub Məmmədov keçmiş MTN naziri Eldar Mahmudovun komandasında olmağı çox istəyib.
Qeyd edək ki, Dəmir Abdullayev Bakının bir neçə mərkəzi yerlərində böyük avtomobil salonları, eləcə də Badamdardakı 3 mərtəbəli “Avtomobil dunyası”nın sahibi olan “Dəmir” nazir Eldar Mahmudovun şəriki olub. Məlumata görə, o, ölkədə ən bahalı avtomobillərin satışıyla məşğul imiş.
Onun həbsinə səbəb isə MTN-in iş adamlarına divan tutması prosesində, daha doğrusu, iş adamlarının şikayətlərində adı keçən əsas şəxslərdən biri olmasıdır. Araşdırma zamanı məlum olub ki, MTN-in toruna düşən adamların avtomobillərini məhz “Dəmir” “əridirmiş”. Belə ki, bəzi iş adamları onlardan tələb olunan məbləğləri düzəldə bilməyəndə özlərinin bahalı avtomobillərini təhvil verməyə məcbur olublar. Belə hal olduqda həmin şəxslər “Dəmirə” yönləndirilib. Bundan başqa həm də “Dəmir” bahalı avtomobil alanlar, yəni növbəti hədəf ola biləcək şəxslər barədə MTN-ə məlumatlar ötürürmüş.
Xatırladaq ki, “Dəmirin” Eldar Mahmudovla çox yaxın münasibətləri olub. Elə bu münasibətlərə görə də, nazir onun oğlunun birinə MTN-də məsul vəzifə hədiyyə etmişdi.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Gunxeber.com