“Kim maska tapa bilmirsə, amma cərimələnirsə...” - DİN-dən AÇIQLAMA

4-04-2020, 19:37           
“Kim maska tapa bilmirsə, amma cərimələnirsə...” - DİN-dən AÇIQLAMA
Azərbaycanda koronavirusun sürətlə yayılmasına baxmayaraq vətəndaşlar hələ apteklərdə tibbi maskaların olmamasından şikayətlənirlər. Bu problem hətta sosial şəbəkələrdə paylaşılan foto və videolarda da öz əksini tapıb. Sözügedən problemin nə vaxt həll olunacağı isə hələlik sual altındadır. Məsələ ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat katibi İbrahim Məmmədov Yeniavaz.com-a açıqlama verərək bildirdi ki, maska qıtlığı dövlətin gündəlik nəzarətində olan məsələlərdən biridir:
“Onun istehsalı istiqamətində də işlər görülür. İstehsal prosesi belədir ki, bir gün tez, bir gün gec ola bilir. Maskalar idxal da olunur. Bu proseslər də var. Hətta dünyada belə məhsulların bol olduğu ölkələrdə də tələbat yüksək olduğu üçün qıtlıq hiss olunur. Azərbaycanda maska istehsalı gəlincə bu təşkil olunmaq ərəfəsindədir. Düzdür, onun saatını deməkdə çətinlik çəkirəm. Amma yəqinki bir həftədən tez olacaq”.
Bundan əlavə digər bir məsələ də küçədə maskasız olan vətəndaşların cərimələnməsidir. Bununla bağlı DİN-in mətbuat xidməti İlham Babayev bildirdi ki, əgər kimsə hər hansı aptekə müraciət edib maska tapmırsa və bu zaman çöldə olarkən ona cərimə tətbiq olunubsa, bununla əlaqədar DİN-in mia.gov.az saytına şikayətini bildirərək müraciət edə bilər:
“Bu zaman araşdırılıb məsələyə qiymət veriləcək. Maska ilə bağlı qıtlıq var. Bu da yaxın vaxtlarda aradan qaldırılacaq. Apteklərə kifayət qədər maskalar gətiriləcək. Hətta yaxın vaxtlarda Azərbaycanda da istehsalı nəzərdə tutulur”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru