50 min ictimai iş yeri yaradılır - Azərbaycanda

5-04-2020, 00:01           
50 min ictimai iş yeri yaradılır - Azərbaycanda
Bu ilin aprel-may aylarında Azərbaycanda 50 min ictimai iş yerinin yaradılması nəzərdə tutulub.

Teref.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin təsdiq etdiyi, “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların iqtisadiyyata, makroiqtisadi sabitliyə, məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” ölkə prezidentinin 19 mart 2020-ci il 19 mart tarixli sərəncamının icrası ilə bağlı Tədbirlər Planında öz əksini tapıb.

Məqsəd işsiz vətəndaşların müvəqqəti məşğulluğunun təmin edilməsidir. Bunun üçün 30 milyon manat ayrılıb.

Başqa sözlə, hər ictimai işə görə ayda 300 manat əmək haqqı veriləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru