Sahil Babayev mətbuat konfransı keçirir - Canlı yayım
7-04-2020, 17:50
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Prezident İlham Əliyevin 19 mart 2020-ci il tarixli sərəncamına əsasən məşğulluğun və sosial rifahın dəstəklənməsi istiqamətində həyata keçirilən tədbirlər” mövzusunda mətbuat konfransı keçirir.
“Bizimxeber”in verdiyi xəbərə görə, nazir Sahil Babayev bildirib ki, koronavirus pandemiyasına görə dövlət və vətəndaşlar tərəfindən tədbirlər görülür:
“Pandemiyanın təsiri təkcə tibbi deyil. Mənfi təsirlərin aradan qaldırılması üçün ölkə başçısı silsilə tədbirlərlə bağlı sərəncam verib. Bütün insanlarımızı karantin rejiminə ciddi əməl etməyə çağırıram”.