Akim Bədəlov da istintaqa cəlb olunub? - İTTİHAM VAR

24-12-2015, 22:28           
Akim Bədəlov da istintaqa cəlb olunub? - İTTİHAM VAR
Daha bir məmurun başı dərddədir. Bu barədə DİA.AZ-a bilgili qaynaqlardan informasiya ötürülüb.

Xəbəri verən mənbə bildirir ki, hazırda bütün ölkədə böyük rezonans yaradan "MTN işi"ninin istintaqına daha bir vəzifəli şəxs cəlb olunub. Xəbəri verən qaynaq iddia edir ki, növbəti "qurban" Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Şirkətinin sədri Akim Bədəlovdur.

qaynağın söylədikləri: "Artıq Akim Bədəlovun istintaqa cəlb olunması və həm də ittiham olunan tərəfi kimi çək-çevirə salınması an məsələsidir".

Xatırladaq ki, dünən Akim Bədəlovla bağlı bəzi iddiaların yer aldığı geniş bir material yayılmışdı. Həmin məqaləni təkrar olaraq xatırladırıq:

"Redaksiyamıza Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Şirkətinin sədri Akim Bədəlovla bağlı ilginc məlumat göndərilib. Həmin məlumatda qeyd olunur ki, Akim Bədəlov dövlətin yuxarı dairəslərində vəzifə sahibi olan bir çox şəxslərlə əlaqəyə girərək ölkənin müxtəlif rayonlarında iri həcmli tikinti layihə işləri həyata keçirdib. Həmin layihələrdən külli miqdarda qazanc əldə edən A.Bədəlov tədricən dövlətin üst dairələri ilə sıx münasibətlər yaratmağa başlayıb.
Onun bu əlaqələrində rol sahiblərindən birinin qaynı, Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümovun olduğu deyilir. Bildirilir ki, Akim Bədəlovun 2012-ci ildə Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Şirkətinin sədri təyin edilməsində Şahmar Mövsümovun rolu olmasına baxmayaraq, onun əsas havadarı məhz sabiq MTN naziri Eldar Mahmudov və ətrafı olub. Akim Bədəlovun sədr təyinatından bir müddət sonra isə bacısı oğlu Pərviz Vəliyev MTN sıralarında “ildırım sürəti” ilə yüksəlməyə başlayıb. Agentlik sədrinin bacısı oğlunun MTN-nin Hava Limanı İdarəsinin rəisi təyin edilməsi isə heç də təsadüfü bir məsələ deyil.
O zaman ortaya bir sual çıxır. Akim Bədəlovun bacısı oğlu necə bu vəzifəyə təyin edildi və Eldar Mahmudovun ən etibarlı adamı olmağı necə bacardı?
Mənbəmiz məsələni belə nəql edir: Akim Bədəlovla MTN –lə münasibətləri illərə söykənir. Ancaq Eldar Mahmudov MTN naziri təyinatı almamışdan hələ xeyli qabaq Akim Bədəlov Antiteror Mərkəzinin rəisi Elçin Quliyev və müavini İlqar Əliyevlə general Tofiq Babayevin işçiləri olduğu zamandan bəri münasibətləri yaranıb. Eldar Mahmudov MTN naziri təyinatından sonra ikilinin sürətlə çox mühüm bir idarənin rəhbərliyinə və MTN rəhbərliyi ilə “dərin dövlət” kliçkası adı altında qarşı qarşıya oturması isə artıq onun böyüklərdən biri etmişdi.
Bacısı oğlu Pərviz Vəliyev MTN-ə bu qrupun ATM deyilən “dərin idarəsində” stajor kimi fəaliyyətə başlayır. Həmin illərdə MTN adı ölkədə hər kəsdə bir qorxu yaradırdı. Bir müddətdən sonra isə artıq ATM-də “dərin dövlət”in sədaqətli zabitinə çevrilən Pərviz Vəliyev məhz ATM rəhbərliyinin təqdimatı ilə MTN-nin Hava Limanı İdarəsinin rəisi təyin edilir.
Mənbəmiz qeyd edir ki, uzaqgörənliyi və hiyləgərliyi ilə Bədəlovlar nəslində birinci olan Akim Bədəlov məhz yüksələn bu vasitəsi ilə MTN rəhbərliyi ilə müəyyən əlaqələr qurmağa başladı. O zaman ortaya başqa bir sual çıxır.
MTN-nin yüksək rütbəli rəhbərlərinə çıxışı olan Akim Bədəlov nəyə görə həmin vaxtı onların vasitəsi ilə hansısa bir vəzifəyə təyin olunmadı?
İnformasiya mənbəmiz bu suala belə cavab verir: Akim Bədəlov həmin vaxtlar MTN rəhbərliyinin köməkliyi ilə özünün birbaşa tabeçiliyində olan “Xəzər” Gənclərin Elmi Texniki Yaradıcılıq Mərkəzinin böyük lahiyyələrdə iştirakını təmin etməklə məşğul idi. Adı çəkilər müəsissə vasitəsi ilə milyonluq layihələrdə podratçı təşkilat kimi iştirak edən Akim Bədəlov görülən işləri bir neçə dəfə şişirtməklə hər il külli miqdarda vəsaitlər əldə edirdi. Ancaq 2009-2010-cu illərdə isə artıq Akim Bədəlov yüksək vəzifələrə təyin olunmaq mübarizəsinə qoşulmuşdu. Mənbəmiz onun daha çox Sənaye və Energetika Nazirliyində yüksək vəzifəyə getmək istəyində olduğunu bildirir. Bu işdə ona birbaşa dəstəyi sabiq MTN naziri Eldar Mahmudov səviyyəsində verildiyi deyilir.
MTN rəhbərliyi Akim Bədəlovu ilk əvvəl ARDNŞ-də yüksək vəzifəyə yerləşdirmək istəyirdilər. Həmin plana görə A.Bədəlov ilk öncə idarə rəisi qısa müddətdən sonra isə Rövnəq Abdullayevin müavini olmalı idi. Lakin Mahmudov komandasının bu planı lazımı səviyyədə alınmadı və Rövnəq Abdullayev bu planı sıradan çıxartdı. ARDNŞ sevdasından vaz keçən Akim Bədəlov bu dəfə həmin vaxtlar Sənayə və Energetika nazirliyi olan quruma nazir müavini vəzifəsinə getmək sevdasına düşür. Lakin bu istəkdə alınmır. Amma Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Şirkətinin yaradılacağı məsələsini ortaya çıxmasından sonra Akim Bədəlov həmin qurumun sədri olmaq eşqi ilə alışıb yanmağa başlayır. Bu məsləni alınması üçün isə qaynı Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümovu və MTN rəhbəliyini məsələyə qoşur.
Məhz Eldar Mahmudov komandasının sayəsində 2012-ci ildə Prezident İlham Əliyev tərəfindən yaradılan Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Şirkətinin sədri vəzifəsinə keçən Akim Bədəlov istəyinə çatır. İstədiyi vəzifəyə təyin olunan Akim Bədəlov 2013-cü ildə Ali Məhkəmənin sədri Ramiz Zeynalovla quda olduqdan sonra özünün gücünü daha da möhkəmləndirir. Hətta Eldar Mahmudov komandasından aldığı “ruh”dan ürəklənən A.Bədəlov yaxın ətrafı ilə olduğu məclislərdə gələcəkdə Agentlikdən daha da böyük vəzifələrə, əsasəndə SOCAR-a rəhbər gedəcəyini dilinə gətirməyə başlamışdı. Mənbəmiz qeyd edir ki, Bədəlov Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Şirkətinin sədri olduqdan sonra maliyyəq aynaqlarını bir neçə dəfə artıemağa başladı.
Bu qaynaqlardan biri isə təkcə Agnetliyin həyata keçirtdiyi Alternativ enerji mənbəsi alınması üçün tikilən obyektlərin işlərini ailəsinin adına keçirtdiyi «Xəzər» Gənclərin Elmi-Texniki Yaradıcılıq Mərkəzinə verib. Təkcə 2014-cü ildə Layihə-smeta sənədlərinin hazırlanması üçün məsləhətçi xidmətlərin alınmasına görə “Xəzər Konsaltinq Agentliyinə” QSC-yə 1250000 (bir milyon iki yüz əlli min manat) vəsait ayrılıb. Adı çəkilən QSC-nin Akim Bədəlova məxsus olduğu deyilir. Bu gün Akim Bədəlovun ailəsinin nəzarətində olan «Xəzər» Gənclərin Elmi-Texniki Yaradıcılıq Mərkəzin onun ən yaxın adamı, qohumu Asif İsmayılov rəhbərlik edir.
Maraqlı məqamlardan biri isə səhmdarı həyat yoldaşı və oğlu olan bir şirkəti necə məmurun rəhbərlik etdiyi dövlət qurumunda podratçı şirkət ola bilər? Qanun bunu yasaqlasa da, Akim Bədəlov buna əhəmiyyət vermir. Akim Bədəlovun hazırda Bakı şəhərində 20-dən çox obyektinin olduğu deyilir. Göygöl, Şamaxı, Qax, Quba rayonlarında yay evləri. Vilalaar, Samux rayonunda hektarlarla torpaq sahələri və mal qara fermaları, Bakı şəhərində 10 dan çox evi. Novxanıda dəniz kənarında milyonluq villası, İstanbulda, londonda mənzillər və sair daşınmaz əmlaklar.
Mənbəmiz qeyd edir ki, Akim Bədəlovun oğlu Aqşin Bədəlov qiyməti 150 min manatlqı olan avtomobildə gəzir. Oğul Bədəlov yay istirahətini Farer adalarında, Tailandda, Kanar Adalarında, Avropanın dəbdəbəli şəhərlərində keçirir. Aqşın Bədəlov dəfələrlə ətrafındakılara deyib ki, İsveçrədəki banklda adıma 20 milyon dollara yaxın pul var. Akim Bədəlovun qızının hazırda Londonda təhsil aldığı və ordakı evində yaşadığı bildirilir.
Bundan başqa Akim Bədəlov digər bacısı oğlu Rizvan Vəliyevi Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin tabeliyindəki “Azalternativenerji” MMC-nin sədri təyin edib. Adı çəkilən quurumda isə dövlətin milyonları necə mənimsənildiyi və dayı-bacı oğlu korrupsiyasını necə etdiklərini, həmçinin ölkənin maliyyə dayanıqlığına ağır zərbə vuran, qanunsuz olaraq milyardlarla vəsaitin xaricə çıxarılmasına şərait yaradan MTN-nin Hava Limanı İdarəsinin yaxınlarda vəzifəsindən çıxarılan sabiq rəisi Pərviz Vəliyevin Akim Bədəlovla hansı ortaqlığa sahib olduqalrını növbəti sayımızda oxucularımıza təqdim edəcəyik. Həmçinin Akim Bədəlovun obyektlərinin adresi, bacısı uşaqları ilə şərikli biznesləri və digər qaranlıq işlərinə də işıq salacağıq".

İndi isə görünəni odur ki, Akim Bədəlov artıq istintaq orqanları üçün də kifayət qədər "əhəmiyyətli" fiqura çevrilib.dia.az/

Qarşı tərəfi də dinləməyə hazırıq...












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.