ABŞ senatoru koronavirusdan sağaldı və xəstəxanada işləməyə getdi

8-04-2020, 12:13           
ABŞ senatoru koronavirusdan sağaldı və xəstəxanada işləməyə getdi
ABŞ-da Kentukki ştatının Respublikaçı senatoru Rand Pol koronavirusdan sağalıb.

KONKRET.az xəbər verir ki, bu barədə o, “Twitter”də məlumat yayıb.

Siyasətçi dəstəyə görə hər kəsə təşəkkür edib. “Yenidən sınadım, nəticə mənfi oldu” deyib Pol.

Onun sözlərinə görə, koronavirus xəstələrinə kömək etmək üçün xəstəxanalardan birində könüllü olmağa başlayıb.

“Birlikdə bunun öhdəsindən gələcəyik!” – senator deyib.

Rand Polun koronavirus xəstəliyi martın 23-də məlum olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru