Hacıbala Abutalıbovun “sağ əli” qaranlıq tender əməliyyatlarında – FAKTLAR

26-12-2015, 20:41           
Hacıbala Abutalıbovun “sağ əli” qaranlıq tender əməliyyatlarında – FAKTLAR
Qafqaznews.az olaraq bundan əvvəl saytımızda özünü hüquqşünas adlandıran Hüseynov Yalçın Cəfərqulu oğlu barədə yazı dərc olunub. Redaksiyamıza onun barəsində daxil olan məlumatda bildirilirdi ki, Hüseynov Yalçın Cəfərqulu oğlu bir neçə şəxsi aldadaraq, onlara “hüquq sahəsində yardımçı olmaq” adı ilə külli miqdarda pul alıb. Sonradan isə bəlli olub ki, Yalçın Hüseynovun əməllərindən zərərçəkənlər Xətai RPİ-nin 37-ci polis bölməsinə müraciət ediblər. Ancaq polis bölməsində onların şikayət ərizəsi araşdırılmayıb.

Sonra şikayətçilər məcbur olub DİN-nin rəhbəri cənab Ramil Usubova müraciət ediblər. Bundan sonra isə Yalçın Hüseynovun məsələsi Bakı şəhər BPİ-də araşdırılıb. Apardığımız araşdırma nəticəsində məlum olub ki, Yalçın Hüseynov yaxın qohumu, Bakı şəhəri icra hakimiyyətinin MKTD-nin əməkdaşı Mehman Cəfərovun köməkliyi ilə “DİAS” MMC-nin hüquqşünası vəzifəsinə təyin olunur. Bir müddət şirkətdə hüquqşünas vəzifəsində işləyən Y.Hüseynov həmin şirkətin külli miqdarda pulunu mənimsəyib. Bundan sonra “DİAS” MMC-nin rəhbəri, “kürd” ləqəbli Rafiq müəllim Y.Hüseynovun bu hərəkətlərindən onun qohumu Mehman Cəfərova şikayət edir.

O isə öz növbəsində şirkət rəhbərinə tövsiyə edir ki, Yalçın Hüseynovu iş fəaliyyətində ki, nöqsanları əsas gətirərək vəzifəsindən kənarlaşdırsın. Apardığımız araşdırmalar nəticəsində məlum olub ki, Mehman Cəfərov Yalçın Hüseynovun həyat yoldaşının xalası ilə evlidir. M.Cəfərov da, Y.Hüseynov da hər ikisi Quba rayonundandır. Əldə etdiyimiz digər məlumata görə, Yalçın Hüseynovun qayınatası Baxışov Ramiz Mehman Cəfərova qohum olaraq, kürəkənini gəlirli bir işə düzəltməyi xahiş edib. Lakin sonda bəlli olur ki, Y.Hüseynov “DİAS” MMC-də işləyən vaxtı həmin şirkətə külli miqdarda maddi ziyan vurub.

Qafqaznews.az-ın məlumatına görə bu hadisə ilə bağlı şirkət rəhbəri Rafiq müəllim hüquq-mühafizə orqanlarına şikayət etmək istəyib, amma Mehman Cəfərova görə çıxılmaz vəziyyətdə qalaraq, bu fikrindən daşınmalı olur. Apardığımız araşdırmalar nəticəsində məlum olub ki, Mehman Cəfərorun Bakı ŞİH MKTD-də elə də yüksək vəzifə tutmasa da, Hacıbala Abutalıbov tərəfindən Bakıdakı məktəb, uşaq bağçası tikintilərinin tenderi məhz Mehman Cəfərova həvalə olunub. O da öz növbəsində keçirilən tenderlərin bir neçəsini “DİAS” MMC-nin rəhbəri Rafiq müəllimə həvalə edib. Bütün bu bağlılığa görə, Y.Hüseynov hələ də cinayət məsuliyyətinə cəlb olunmayıb.

Baxmayaraq ki, vətəndaşların etibarından sui-istifadə edərək aldatması Yalçın Hüseynovun birinci əməli deyil. Bizi izləyin, məsələ ilə bağlı araşdırmamız davam edir. Növbəti yazımızda Mehman Cəfərovun və onun oğlunun Yalçın Hüseynova havadarlığı, külli miqdarda vəsaitlə maliyyələşdirməsi barədə şok məlumatları ictimaiyyətə təqdim edəcəyik.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.