Rektor tələbələrə “dollar ərizəsi” yazdırır
28-12-2015, 12:54
Bakı Qızlar Universitetində tələbə etirazları gözlənilir.
VİZUAL.az-a verilən xəbərə görə, ali məktəbin rəhbərliyi tələbələr qarşısında ağır şərtlər qoyub. Manatın üzən məzənnəyə keçidindən sonra təhsil haqlarının dollarla ödənilməsi tələb olunub.
Hətta tələbələrə bu əmri yerinə yetirmək üçün məcburi ərizə yazdırılması haqda xəbərlər gəlməkdədir. Məlumatda bildirilir ki, əksər tələbələr bu tələbə etiraz edir və aksiyalar gözlənilir.
Təhsil ocağının rəhbərliyi isə qanunazidd addım ataraq öz maraqları naminə tələbələrə məcburi ərizə yazdırmağı təlimat verib. Prorektorlar və dekanlar isə rektor Ağarəhim Rəhimovun sifarişini icra edirlər.
Məlumatda qeyd olunub ki, heç bir dövlət təhsil müəssisəsi bu addımı atmayıb. Qızlar universitetinin kişi rektoru isə hansı dayaqlarına arxalanıbsa, belə ürəkli addım atıb. Dövlət başçısı çıxışında süni bahalaşmaya gedənlərin və özbaşınalıq edənlərin cəzasını alacağını açıqlayıb. Rektor isə ölkə başçısının xəbərdarlığına məhəl qoymadan qanunsuzluğa yol verir.
olduğu ali məktəbdə olub-bitənlərə reaksiya verməkdə maraqlı görünmür
Ümumiyyətlə, Bakı Qızlar Universitetində yaşanan bir sıra neqativ hallar tez-tez mediada işıqlanır. Ağarəhim Rəhimov öz qaydaları ilə işləyir və qanunu ayaqlar altına atır.
Hər imtahan zamanı tələbələri çoxsaylı problemlər gözləyir. Heç şübhəsiz ki, rektorun bütün bunlardan xəbəri var. Əks halda o, olub-bitənlərə dərhal reaksiya verər, tələbələri narahat edən məsələləri asanlıqla yoluna qoyardı. Görünür, bu vəziyyət Ağarəhim Rəhimovun da maraqlarını təmin edir. Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.