DYP əməkdaşları “Şaqman” sürücüsünü belə döydü - BAKIDA DƏHŞƏT

30-12-2015, 11:08           

Son vaxtlar redaksiyamıza Dövlət Yol Polisi əməkdaşlarının qanunsuz əməlləri barədə durmadan məlumatlar daxil olmaqdadır. Məlumatlar ən müxtəlif sahələri əhatə edir və cəmiyyətdə birmənalı qarşılanmır. Polis adına ləkə gətirən bu kimi əməkdaşlar barədə qanun çərçivəsində tədbirlərin görülməsi gələcəkdə bu kimi halların qarşısının alınmasında mühüm rol oynayacaqdır.

DYP “reket”lərinin növbəti “qəhrəmanlıq”ları barədə daxil olan daha bir məlumatı təqdim edirik.

28 dekabr 2015-ci il tarixdə saat 23-24 radələrində Nizami rayonu ərazisində (neft ayırma zvodunun dairəsində) DYP-nin 456 nömrəli avtomobilində xidmət göstərən DYP əməkdaşları “Şaqman” markalı yük avtomobilini saxlayırlar, Sürücü avtomobildən düşdükdən sonra, DYP əməkdaşı “Şaqman” markalı yük avtomobilinin sükanı arxasına əyləşir və bu kateqoriyalaran olan avtomobili idarə etmək səriştəsi olmadığından avtomobilin surət ötürücü qutusunu zədələyir. “Şaqman” -nın sürücü Xanlar Əliyev onun bu hərəkətinə iradını bildirdikdə DYP əməkdaşı arxadan yaxınlaşaraq Əliyevə qəfildən zərbə vuraraq yerə yıxır və onun köməyinə gələn ikinci yoldaşı ilə birlikdə sürücünü döyməyə başlayırlar və sonra onu zor tədbiq edərək (yumruq və təpiklə vura-vura) öz xidməti avtomobillərinə oturmağa cəhd ediblər. Buna nail ola bilmədikdə isə köməyə diğər bir DYP ekipajı və PPX ekipajı da çağırıblar.

Sürücü bu dəstənin əlindən qaçıb evə gələrkən yolda hadisə haqqında 102 xidmətinə müraciət edib. Hadisə ilə bağlı polisdə araşdırmalar aparılır. Döyülən sürücü, həkim müayinəsindən keçib (təcili yardım və poliklinika) hal hazırda evdə müalicə qəbul edir.

Qeyd: Hadisənin təffərrüatı barədə ardıcıl olaraq oxuculara məlumat verəcəyik.

7News.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.