Başçının birinci müavini: "Bunları yıxıb başlarını kəsmək lazımdır

1-01-2016, 20:45           
Başçının birinci müavini: "Bunları yıxıb başlarını kəsmək lazımdır
Bu günlərdə Cəlilabad rayonunda xoşagəlməz hadisə baş verib. Belə ki, icra başçısının birinci müavini Vidadi Dövlətov təcili yatdım çağırışına gələn həkimləri döyüb və təhqir edib.

Hadisə yerində olan şəxslərin dediyinə görə Vidadi Dövlətovun anasının səhəti kəskin şəkildə ağırlaşıb. Elə bu səbəbdən müavinin ailə üzüvləri təcili yardma zəng edərək məlumat verib. Onu da nəzərinizə çatdıraq ki, təcili yardım gələnə kimi xəstə dünyasını dəyişib. Çağrılan ünvana 3 dəqiqədən sonra gələn təcili yardım işçiləri gözlənilməz hadisə ilə üzləşib.

Ünvana daxil olmaq istəyən həkimlər Vidadi Dövlətovun qardaşları və özü tərəfindən yumuruqlarla qarşılanıb. Hətda bir həkimin ağır bədən xəsarəti aldığı bildirilir. Bu azmış kimi icra başçısının birinci müavini Vidadi Dövlətov “Bunları yıxıb başlarını kəsmək lazımdır” deyib. Görünür, başçının müavini eyni zamanda kiriminal həyat yaşayır. Baş kəsmək ən ağır cinayət olduğu üçün qanunda nəzərdə tutulan maddələrdən Vidadi Dövlətovun xəbəri yoxdur.

Xatırladaq ki, Vidadi dövlətov bundan əvvəl Cəlilabad RTŞ-nin müdiri vəzifəsində çalışıb.

Mərhumə anaya Allahdan rəhmət diləyirik. Və Didadi Dövlətova səbirli olmağı tövsiyə edirik. Dosye.org/

Qarşı tərəf kimi V. Dövlətovun mövqeyini dərc etməyə hazırıq.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.