ABŞ COVID-19 ilə mübarizə üçün Azərbaycana vəsait ayırdı

20-05-2020, 17:04           
ABŞ COVID-19 ilə mübarizə üçün Azərbaycana vəsait ayırdı
ABŞ Azərbaycana koronavirusla mübarizə üçün tibbi və humanitar yardım şəklində, təxminən, 3,6 milyon ABŞ dolları ayırıb.

Bu, ABŞ Dövlət Departamentinin mayın 19-da yaydığı məlumatda göstərilib.

Qeyd olunub ki, ümumi məbləğdən 3 milyon ABŞ dolları tibbi yardım, laboratoriya sistemlərinin hazırlanması, xəstələnmə hallarının aşkarlanması və epidemik nəzarətinin intensivləşdirilməsi, texniki mütəxəssislərin vaxtında reakasiya verməsi və hazıqlığı üçün dəstək, risklər barədə məlumatlandırmaya dəstək və s. üçün ayrılıb. Qalan 565 min ABŞ dolları isə pandemiya zamanı aztəminatlı əhaliyə humanitar yardım məqsədi daşıyır.

Daha əvvəl bildirilirdi ki, ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) COVID-19 virusunun yayılması ilə mübarizə üçün Azərbaycana tibbi yardım şəklində 1,7 milyon ABŞ dolları ayırdığı bildirilmişdi.

Son 20 ildə ABŞ Azərbaycana 890 milyon ABŞ dollarından çox, o cümlədən səhiyyə sahəsinə, təqribən, 41 milyon ABŞ dollarından çox sərmayə qoyub.

Ümumiyyətlə, koronavirusun yayılmasından bəri ABŞ hökuməti ümumilikdə dünyanın müxtəlif ölkələrinə, beynəlxalq və qeyri-hökumət təşkilatlarına təcili tibbi, humanitar və iqtisadi yardım məqsədi ilə 900 milyon ABŞ dollarından çox vəsait ayırıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru