190 manatla bağlı banklardan kart ala bilməyənlərin DİQQƏTİNƏ: Bu tarixədək…

21-05-2020, 11:29           
190 manatla bağlı banklardan kart ala bilməyənlərin DİQQƏTİNƏ:
“Sosial müavinətlərlə bağlı banklarda növbə gözləyən vətəndaşlarımızın narahatlığına ehtiyac yoxdur”.

Bunu Publika.az-a açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Məşğulluq Xidmətinin mətbuat katibi Əsmər Nəcməddinqızı deyib.

O bildirib ki, kartların müddəti bir ildir: “Bu müddət ərzində vətəndaş öz kartını, yaxud da içərisində olan vəsaiti əldə edə bilər”.

Qeyd edək ki, 23-30 may dövrü üçün bayram, istirahət və əmək haqqı saxlanılmaqla qeyri-iş günləri müəyyən edilib. Bu səbəbdən fəaliyyətini dayandıracaq müəssisələrə banklar da daxildir. Buna görə də sosial müavinət ala bilməyən vətəndaşlar təlaşla banklara üz tutur və uzun növbələr yaradırlar. Bununla da sosial məsafə qaydaları pozulmuş olur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru