İki azərbaycanlı İrəvanda - VİDEO

21-05-2020, 15:30           
İki azərbaycanlı İrəvanda - VİDEO
Sosial şəbəkələrdə iki azərbaycanlının Ermənistanın paytaxtı İrəvan şəhərindən yeni çəkdiyi video-görüntü yayılıb. Kimliyi məlum olmayan həmin şəxslər paytaxtın mərkəzində video-çəkiliş aparıblar. Çəkilişdə iki nəfərin Azərbaycan və rus dillərində danışıqları aydın eşidilir.

Çəkilişi aparan şəxslərdən biri rus dilində bunları söyləyir: “Biz yenə də qədim şəhərimiz olan İrəvandayıq. Pandemiya səbəbindən heç yerə çıxa bilmirik.

Həmvətənlərimizi 28 May – Respublika günü münasibətilə təbrik edirik. Söz verirəm ki, növbəti video Şuşada çəkiləcək. Ermənistan xüsusi xidmət orqanlarından olan cənablara isə demək istəyirəm ki, siz heç işləyə bilmirsiniz”.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru