Səbail rayonu 20 sahəyə qaz verilmir ki, verilmir - Azəriqaz əhalini qazla imtahana çəkir FOTO

4-01-2016, 21:48           
Səbail rayonu 20 sahəyə qaz verilmir ki, verilmir - Azəriqaz əhalini qazla imtahana çəkir FOTO
Azərbaycan büdcəsindən milyardlarla manat sümürən və hər qış gələndə KİV - səhifələrindən böyük - böyük ""Azəriqaz" qış mövsümünə tam hazırdır" raportları verən Bakı əhalisinin başına bəla kəsilmiş "Azəriqaz" deyəsn bu mövsümdə heç nəyə hazır deyil. Bəli ola bilər ki, bəzi adamların yaşadığı ( yəni hökumət) binalara mütamadı qaz verilir. Lakin mövsüm girəndən Səbail rayonunun 20 sahə deyilən əraziləri qazın ancaq iyini qoxulaya bilirlər. Bəli qaz elə verilir ki, onun ancaq fısıltısı və iyi gəlir.
Əhali məcbur olub dədə baba elektrik sobalarını işə salsınlar. Qızdırıcı əvəzinə isə elektrik qızdırıcıları işləyir.
İndi hamını bir fikir maraqlandırır. Bəs bizim reqionda hamının həsəd apardığı o inkşafımız noldu? Əgər Bakı şəhərinin mərkəzi sayılan Səbail rayonu bu vəziyyətdədirsə, onda qıraqlar gör nə gündədirlər. Azəriqaz bu qış xalqı soyuqla imtahana çəkmək qərarındadır.
Görünən odur ki dövlətin büdcədən Bakı qaz şbəkəsinin təkmilləşdirilməsinə ayrılan bütün subsidiyaları bir başa bəzi məmurların cibinə axır.
Çünki artıq 30 ildir ki, Səbail rayonu 20 sahənin əhalisi yayda mədənlərdən gələn təmizlənməmiş qazla təchiz olunurlar. Bu qaz insan orqanizminə həddən artıq ziyanlıdır.
Qışda isə Səbail rayonu 20 sahənin əhalisi qaz üzünə həsrət qalır. İndi camaat siz deyin bu əhali deyəndə ki, Azəriqazın məmurları əhalinin qaz təchizatının yaxşılaşdırılması üçün büdcədən ayrılan pulları bir başa mənimsəyib, özlərinə sərvət yığırlar yalan deyir ya düz??
P.S. Bu dəqiqə Azəriqazın qaynar xəttinə düşmək müşkül məsələdir. Hətta düşsəniz belə telefon qulağınızda məlahətli bir qızın səsi ilə deyəcək ki, "xətlər məşğuldur, gözləyin, siz 10-sunuz" 185 və 104 nömrəli telefonlarda siz saatlarla gözləsəniz belə bundan başqa bir söz eşitməyəcəksiniz. Ona görə əziyyət çəkməyin. Mən artıq 1 saatdan çoxdur ki, telefon qulağımda musiqiyə və bu qızın səsinə qulaq asıram!
Deyəsən bu ildə 20 msahədə qaz olamyacaq!
Qarşı tərəfində fikirlərini dinləməyə hazırıq!
teref.az
Nurəddin Xoca.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.